Samirə Yurmalaya gedir

Samirə Yurmalaya gedir
151 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samirə Efendi Latviyada keçiriləcək məşhur Layma Vaykula Festivalında səhnəyə çıxacaq.

Axşam.az xəbər verir ki, bununla bağlı festivalın rəsmi sosial şəbəkə hesabında paylaşım edilib. Bildirilib ki, Efendi iyulun 24-də keçiriləcək konsert proqramında çıxış edəcək.

Paylaşımda sənətçi haqqında "Avroviziya"nın parlaq ulduzu, möhtəşəm xarizması və alovlu hitləri ilə tanınan Efendi güclü vokalı və Şərq motivləri ilə hər kəsi rəqs etdirəcək" sözləri yer alıb.

Qeyd edək ki, Layma Vaykula Festivalı hər il Latviyanın Yurmala şəhərində keçirilir və müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya gətirir.