Alimlər işdə xoşbəxt və motivasiyalı olmağın əsas səbəblərini müəyyən ediblər.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, son 35 ildə aparılan 1192 araşdırmanın təhlili göstərib ki, işçilərin psixoloji rifahı üç əsas amildən asılıdır: sərbəst qərar vermək imkanı, peşəkar inkişaf və kollektivə aidlik hissi.
Mütəxəssislərin sözlərinə görə, rəhbərliyin əməkdaşa etibar etməsi, yeni bacarıqlar qazanmaq üçün şərait yaratması və komandada dəstək mühiti formalaşdırması həm motivasiyanı, həm də iş məhsuldarlığını artırır.
Araşdırmada bildirilib ki, uzunmüddətli motivasiya üçün mükafat və cəza deyil, görülən işə maraq və onun mənasını dərk etmək daha önəmlidir. Əks halda isə emosional tükənmişlik, motivasiya itkisi və iş yerini dəyişmək istəyi yaranır.