Puqaçova və Qalkin uzun aradan sonra - Əl-ələ poz verdilər

Puqaçova və Qalkin uzun aradan sonra - Əl-ələ poz verdilər
241 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı Xalq artisti Alla Puqaçova və həyat yoldaşı, şoumen Maksim Qalkin uzun aradan sonra birlikdə görüntüləniblər.

Axşam.az xəbər verir ki, adətən özləri paylaşmadan birgə fotoları yayımlanmayan cütlük gəzintidə olarkən pərəstişkarlarından birinin obyektivinə tuş gəlib.

Puqaçova və Qalkin Yurmalada gəzinti zamanı pərəstişkarlarından biri ilə selfi çəkdiriblər. Cütlük əl-ələ kameraya poza verib. Şəkil sosial mediada yayılaraq böyük maraq doğurub.

Qeyd edək ki, 2022-ci ildə Puqaçova və Qalkin əkiz övladları Liza və Harri ilə birlikdə İsrailə köçüblər. Daha sonra İsrail-Fələstin münaqişəsinin yenidən alovlanması səbəbindən ailə Kiprə yerləşib.