Sonuncu dəfə "Kuruluş Osman" serialında rol alan Mustafa Kırantepenin yeni layihəsi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor “Sevdam Karadeniz” serialında rol alacaq. O, layihədə "Mahmut" obrazını canlandıracaq.
Qeyd edək ki, ekran işində baş rolları Erdem Adilce və Damlasu İkizoğlu canlandıracaq.
