Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların mütəmadi istehlakı sağlamlıq üçün potensial risk yarada bilər.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onkoloqların sözlərinə görə, manqal zamanı və ya yüksək temperaturda uzun müddət bişirilən ət məhsullarının səthində heterotsiklik aminlər və polisiklik aromatik karbohidrogenlər kimi zərərli kimyəvi birləşmələr yarana bilər. Bu maddələrin isə uzunmüddətli təsir zamanı orqanizmdə xərçəng riskini artıran amillərdən biri hesab olunur.
Həkimlər vurğulayırlar ki, bu tip qidaların təsadüfi və ölçülü şəkildə istehlakı əksər hallarda ciddi təhlükə yaratmır. Lakin yanmış və yüksək temperaturda hazırlanmış ət məhsullarının davamlı istifadəsi, eləcə də digər risk faktorları ilə birlikdə sağlamlığa mənfi təsirlərin ehtimalını artıra bilər.
Mütəxəssislər həmçinin qida hazırlanan mətbəx avadanlıqlarına diqqət yetirməyi, xüsusilə örtüyü zədələnmiş və istifadəyə yararsız hala düşmüş tavaların qida bişirilməsində istifadə edilməməsini tövsiyə edirlər.