Zaur Kamal onları polisə şikayət etdi - Fotolar

Zaur Kamal onları polisə şikayət etdi - Fotolar
263 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Zaur Kamal dələduzluq cəhdi ilə bağlı izləyicilərinə müraciət edib.

Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkə hesabında paylaşım edərək naməlum şəxslərin oğlunun adından istifadə edib müğənnilərə zəng vuraraq pul istədiklərini bildirib.

Z. Kamal bununla bağlı artıq polisə müraciət etdiyini vurğulayıb:

"Diqqətinizə çatdırmaq istəyirəm ki, oğlumun adından istifadə edib müğənnilərə zəng vuraraq pul istəyirlər. Artıq polisə müraciət etmişəm. Qətiyyən inanmayın və diqqətli olun".

Aparıcı paylaşımında həmin telefon nömrəsini də yayımlayaraq izləyicilərini ehtiyatlı olmağa çağırıb.