Samuxda 12 nəfər halvadan zəhərləndi

Samuxda 12 nəfər halvadan zəhərləndi
154 dəfə oxunub
  • A-
  • A
  • A+

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Axşam.az xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində baş verib.

10-dan çox şəxsin qidadan zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə, zəhərlənmə sakinlərdən biri tərəfindən bişirilmiş halvadan olub. Belə ki, hazırladığı halvanı qonşulara paylayan şəxsin ailə üzvləri də daxil olmaqla, 10-dan çox adam özünü pis hiss etdiyindən xəstəxanaya müraciət edib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bu gün saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır qiymətləndirilir.