Aparıcı Aytəkin Mərdanova həyat yoldaşı Samirlə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, aparıcı həyat yoldaşının ad günü olduğunu vurğulayıb. Onlar özəl günü şəhər restoranlarından birində ailə üzvləri ilə birlikdə qeyd edib. Gecədə cütlüyün övladları, Aytəkinin anası və bacıları da iştirak ediblər.
Aytəkin doğum günü məclisindən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. O, paylaşımına "Neçə gözəl illərə, Samir" sözlərini yazaraq həyat yoldaşını təbrik edib.
Qeyd edək ki, cütlüyün Fərid və Nərgiz adlı iki övladı var.