Bir məkanda bu qədər ulduz - Fotolar

Bir məkanda bu qədər ulduz - Fotolar
1239 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına bu gün yekun vurulur.

Axşam.az xəbər verir ki, turnirin final qarşılaşmasında Argentina və İspaniya milliləri üz-üzə gəlib. Nyu-Yorkdakı "MetLife" stadionunda keçirilən həlledici oyunu izləmək üçün dünya şöhrətli simalar tribunada yer alıblar.

Final gecəsinin qonaqları arasında Devid Bekhem və Viktoriya Bekhem, Tom Kruz, Beyons və Cey Zi, Rihanna və Eysap Roki, Timoti Şalamet və Kayli Cenner, Dua Lipa kimi məşhurlar olub.

Gecənin musiqi proqramında isə dünya ulduzları Şakira, Madonna və Castin Biber səhnəyə çıxaraq tamaşaçılara unudulmaz anlar yaşadıblar.