Aytən "Gənclik" parkının ödəniş sistemindən şikayətləndi - Video

Aytən "Gənclik" parkının ödəniş sistemindən şikayətləndi - Video
880 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Aytən Səfərova "Gənclik" parkında ödəniş sistemi ilə bağlı narazılığını dilə gətirib.

Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı videoda bəzi attraksionlarda kartla ödənişin mümkün olmadığını bildirib:

"Uşaqları asudə vaxtını keçirməsi üçün "Gənclik" parkına gətirmişəm. Biz XXI əsrdə, rəqəmsallaşan dünyada yaşayırıq. Bu barədə dövlət səviyyəsində də çox danışılır, müxtəlif addımlar atılır. Təbii ki, bu prosesə ən tez uyğunlaşan da gənclərdir.

Amma "Gənclik" parkında heç də bütün attraksionlarda kartla ödəniş etmək mümkün deyil. Burada yeni tir açıblar. Xüsusilə oğlan uşaqları, gənclər və yeniyetmələr yaxınlaşırlar. Səkkiz güllə atışı 5 manatdır. Amma ödəniş yalnız nağd qəbul olunur. Nə kartdan karta köçürmə etmək olur, nə də POS-terminal vasitəsilə kartla ödəniş mümkündür.

Eyni vəziyyət katamaran üçün də keçərlidir. Ailələr yaxınlaşır, amma nağd pul olmadığından məyus şəkildə geri qayıdırlar. Niyə? Xüsusilə "Gənclik" parkı kimi bir məkanda, gənclərin daha çox gəldiyi yerdə hələ də yalnız nağd ödəniş tələb olunur? Bu gün insanlar rəqəmsal platformalardan, mobil tətbiqlərdən və bank kartlarından istifadə edir. Amma burada nə kartla ödəniş etmək, nə də kartdan karta köçürmə etmək mümkündür".