Türkiyə millisinin və "Fənərbağça"nın futbolçusu İsmayıl Yüksəklə ailə quran Esen Matraşın atası Emre Matraş cütlüyün nikahına etiraz edib.
Axşam.az xəbər verir ki, 90-cı illərin tanınmış müğənnisi olan Emre Matraş sosial şəbəkədə paylaşdığı videoda nikah mərasimində yaşanan hadisəyə sərt reaksiya verib.
Belə ki, nikah zamanı Esenə "Atanızın adı?" sualı verilərkən o, bioloji atası Emre Matraşın deyil, onu böyüdən ögey atası Anıl Karaerin adını səsləndirib. Bu isə Emre Matraşın narazılığına səbəb olub.
"Qızım Esenin evliliyini qətiyyən keçərli hesab etmirəm. Atasının adı soruşulanda "Anıl" deyilir. Mənim qızımın atasının adı Emre Matraşdır. Nikah məmuru və bələdiyyə sədri ilə bağlı araşdırma aparılmasını istəyirəm. Mən qızımı 8 yaşına qədər böyütmüşəm. Ayrıldıqdan sonra da məsuliyyətimi yerinə yetirmişəm" deyə, o, bildirib.
Emre Matraş həmçinin kürəkəni İsmayıl Yüksəyə də iradını bildirib:
"İsmayıl ailəsi ilə birlikdə gəlib qızımı məndən istəməli idi. Axı onun atası mənəm. Baş verənləri bir ata kimi qəbul edə bilmirəm".
Qeyd edək ki, İsmayıl Yüksək və Esen Matraş iyulun 20-də ailə həyatı qurublar. Gənc cütlük isə hələlik Emre Matraşın açıqlamalarına münasibət bildirməyib.