Rusiyanın Xalq artisti Alla Puqaçovanın Latviyanın Yurmala şəhərində çəkilən yeni fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, 77 yaşlı sənətçi yay istirahətini ənənəvi olaraq Yurmala şəhərində keçirir. O, şəhər küçələrində gəzinti zamanı pərəstişkarlarından biri tərəfindən görüntülənib.
Paylaşılan fotoda Puqaçovanın əhvalının yaxşı olduğu, gülümsədiyi və əvvəlki kimi əsaya ehtiyac duymadan sərbəst hərəkət etdiyi diqqət çəkib.
Lakin izləyicilər müğənninin əlində görünən qırmızı ləkəni də müzakirə ediblər. Sosial şəbəkə istifadəçiləri bunun yanıq izi və ya hər hansı zədənin nəticəsi ola biləcəyini ehtimal etsələr də, sənətçi məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Alla Puqaçova Yurmala istirahəti zamanı tez-tez yaxın rəfiqəsi, müğənni Layma Vaykule ilə birlikdə görüntülənir. Vaykule daha əvvəl onların birlikdə gəzintiyə çıxdıqlarını və velosiped sürdüklərini bildirərək, bunun həm zehni, həm də emosional rahatlıq üçün faydalı olduğunu söyləmişdi.