"Arzum" azadlıqda - Video

"Arzum" azadlıqda - Video
1482 dəfə oxunub
  • A-
  • A
  • A+

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. 

Axşam.az xəbər verir ki, məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Arzum məhkəmə zalından azad olunub. 

Onun azadlığa çıxdığı an görüntüsü sosial şəbəkədə canlı yayımda göstərilib.

Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı Arzumla barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər.

Arzum 5 il 2 ay həbs cəzası almışdı.