Mark Entonin səkkizinci övladı oldu

Mark Entonin səkkizinci övladı oldu
1285 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Mark Entonin səkkizinci övladı olub.

Axşam.az xəbər verir ki, 57 yaşlı sənətçinin həyat yoldaşı Nadia Fereyra ikinci övladını dünyaya gətirib. Cütlüyün qız övladı olub.

Qeyd edək ki, Entoninin müğənni-aktrisa Cennifer Lopeslə nikahından 2008-ci ildə Maks və Emmi adlı əkiz övladları dünyaya gəlib. Nadiya Ferreyra ilə evliliyi ifaçının dördüncü nikahıdır. Entoni Nadiya ilə 2023-cü ildə ailə qurub və elə həmin il onların Marko adlı oğlu olub. Ümumilikdə Entoninin 7 övladı var.