Məşhur rejissor və qardaşı narkotik alveri edirmiş - Foto

Məşhur rejissor və qardaşı narkotik alveri edirmiş - Foto
381 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli rejissor Ezel Akayın adı narkotik əməliyyatı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, Bursa şəhərinin İnegöl rayonunda keçirilən əməliyyat zamanı Ezel Akay və musiqiçi qardaşı Eren Kazım Akay saxlanılıb.

Məlumata görə, Bursa İl Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə şöbəsi tərəfindən aparılan araşdırma çərçivəsində rejissorun yaşadığı ünvanda axtarış keçirilib. Axtarış zamanı xüsusi qurğu ilə yetişdirildiyi ehtimal edilən çətənə bitkiləri və külli miqdarda qurudulmuş marixuana aşkarlanıb.

Əməliyyatdan sonra Ezel və Eren Kazım Akay ifadələri alınmaq üçün jandarma bölməsinə aparılıblar. Daha sonra onların narkotik maddə istifadə edib-etmədiklərinin müəyyənləşdirilməsi üçün xəstəxanaya göndərildikləri bildirilib.

Xəstəxananın girişində jurnalistlərin görüntü almasına reaksiya verən Ezel Akay "Niyə fotoğraf çəkirlər?" sözlərini deyib.

Hadisə ilə bağlı araşdırmanın davam etdiyi qeyd olunub.