Aybəniz Haşımova bu yolla 15 kiloqram arıqladı

Aybəniz Haşımova bu yolla 15 kiloqram arıqladı
530 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Aybəniz Haşımova 15 kiloqram arıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, pəhriz saxlamadan arıqladığını bildirib:

"Pəhriz saxlamıram. Bütün günü işdə oluram, yeməyə vaxtım olmur. Daha çox su içirəm. Amma köklük məndə yeməkdən yaranmamışdı. Müalicə alarkən qəbul etdiyim dərmanlar mənə əks təsir göstərmişdi. Yavaş-yavaş qaydaya düşəcəyəm".