600 mindən çox vergi borcu var

600 mindən çox vergi borcu var
137 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı müğənni Qriqori Lepsə məxsus şirkətlərin vergi borcu açıqlanıb.

Axşam.az xəbər verir ki, sənətçinin təsisçisi olduğu iki şirkətin ümumi vergi borcu 600 min rubldan çoxdur.

Məlumata görə, Lepsin səhmlərinin 80 faizinə sahib olduğu "Loft Group" şirkətinin vergi borcu 390 min rubl, "Pit" MMC-nin isə 225 min rubl təşkil edir.

Qeyd edək ki, Qriqori Leps ümumilikdə səkkiz şirkətin ortaq təsisçisidir. O, restoran və kurort biznesi, eynək istehsalı ilə məşğul olur. Müğənni 2024-cü ildən etibarən qiymətli metalların filiz və qumlarının hasilatı sahəsində də fəaliyyət göstərir. 2026-cı ilin iyununda onun şirkətlərindən biri yerin təkində geoloji tədqiqatların aparılması, eləcə də faydalı qazıntı yataqlarının axtarışı və qiymətləndirilməsi üçün lisenziya alıb.

Bununla yanaşı, 2025-ci ilin maliyyə nəticələrinə əsasən, Lepsə məxsus şirkətlərin ümumi dövriyyəsi 322 milyon rubl olsa da, yekunda 226 milyon rubl zərərlə fəaliyyət göstərdikləri bildirilib.

Xatırladaq ki, Qriqori Leps bir müddət əvvəl rusiyalı ailələrin aylıq 200-300 min rubl gəlirlə iki uşaq böyütməsi ilə bağlı səsləndirdiyi fikirlərə görə də sosial şəbəkələrdə tənqid olunmuşdu.