Aparıcı Nigar Mahmudova İraqa səfər edib.
Axşam.az xəbər verir ki, aparıcı Kərbəla ziyarətində olub. Samarra şəhərində olan Nigar sosial şəbəkədə səfəri ilə bağlı paylaşım edib.
O, dini inancları ilə bağlı yazılan suallara da aydınlıq gətirib:
"Düşünməyin ki, qatı şiəyəm. Mən dini məzhəblərə bölmədən yaşayıram. Bu dəfə Ümrə ziyarətimdən fərqli olaraq çadradayam, abayada yox.
Kərbəlaya gələndə çadra alın. Ziyarətgahlara çadra və corabsız buraxmırlar. Nəyisə bilmirəmsə, məsləhət kimi bildirin, irad kimi yox".