Həyatının 20 ilini izləyiciləri ilə bölüşdü - Fotolar

Həyatının 20 ilini izləyiciləri ilə bölüşdü - Fotolar
283 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Nurlana Cəfərova sosial şəbəkə hesabında arxiv fotolarını paylaşaraq televiziya sahəsində keçdiyi 20 illik yolundan bəhs edib.

Axşam.az xəbər verir ki, aparıcı bu illər ərzində qazandığı hər təcrübəyə görə minnətdar olduğunu bildirib.

“Hər dərsi, hər çətinliyi və hər uğuru dərin minnətdarlıq hissi ilə daşıyıram. Bir vaxtlar sadəcə yol kimi başlayan bu proses artıq mənim bir parçamdır. 20 ildən sonra bu yolun dəyərinə görə özümü daha minnətdar, möhkəm və əmin hiss edirəm” deyə, o, paylaşımında qeyd edib.

N.Cəfərova 20 il keçməsinə baxmayaraq, inkişaf etməyə davam etdiyini vurğulayıb:

“20 il sonra da buradayam. Hələ də inkişaf edirəm. Hələ də minnətdaram. Hələ də irəliləyirəm”.