Verilişdən gedən Vüsalə: "Yenilənmək və dəyişmək yolundayam"

Verilişdən gedən Vüsalə: "Yenilənmək və dəyişmək yolundayam"
280 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə etdiyi paylaşımla ona dəstək olan izləyicilərinə təşəkkürünü bildirib.

Axşam.az xəbər verir ki, aparıcı son paylaşımının həyatında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb:

“Bir gün öncəki paylaşımım sadəcə həyatımın bir mərhələsini geridə qoymaq, yenilənmək, dəyişmək və davam etmək yolunda bir hesabat idi”.

V.Əlizadə həmin paylaşımından sonra minlərlə dəstək mesajı aldığını qeyd edib:

“Ən gözəl dualarla, stimulverici mesajlarla sevgisini göndərən dəyərlilərim, xüsusilə analar, qızlar, çox təşəkkür edirəm. Hamınıza bir-bir cavab verirəm, minlərlə mesaj var. Minnətdaram”.

Qeyd edək ki, Vüsalə aparıcısı olduğu "İncə səhər" proqramında getdiyini açıqlayıb. O, daha sonra kirayədə yaşadığı və evdən köçdüyü haqda paylaşımla gündəmə gəlib.