"Xanımlar, kişilərin arxasınca qaçmayın" - Video

"Xanımlar, kişilərin arxasınca qaçmayın" - Video
341 dəfə oxunub
  • A-
  • A
  • A+

"Doğulduğum mühit, ailəm və kasıbçılıq məni bir qərar almağa vadar etdi. Özümə söz verdim ki, böyüyəndə çox yaxşı həyatım olacaq, varlı olacağam, ailəmə və ətrafımdakı insanlara kömək edəcəyəm. Niyyət etdim və istədiyim həyata nail oldum".

Axşam.az xəbər verir ki, bu sözləri keçmiş model, sosial şəbəkələrdə dəbdəbəli həyat tərzi ilə tanınan Diana Əhədpur izləyicilərinin suallarını cavablandırarkən deyib. Diana uğurunun sirrindən, həyata baxışından və şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib. O bildirib ki, həyatını dəyişən qərarın təməli uşaqlıq illərində qoyulub.

Diana özünəinamlı görünməsinin bəzən yanlış anlaşıldığını da deyib:

"İnsanlar düşünür ki, çox özündənrazıyam. Xeyr, mən sadəcə özümə inanıram. Özündənrazı olmaqla özünə inanmaq tamamilə fərqli anlayışlardır".

Keçmiş modelə görə xoşbəxtliyin üç əsas şərti var:

"Mənim üçün xoşbəxtlik üç şeydir: pul, sağlamlıq və sevgi. Əgər bunların üçünə də sahibsinizsə, dünyanın ən xoşbəxt insanısınız".

Diana onu uğurlu adlandıranlara "Hamı uğurumdan danışır. Amma mən fəxr edəcəyim xüsusi bir şey etməmişəm. Yaxşı insanam, yaxşı anayam. Bu dəbdəbəli həyata sahib olmağımı özüməinamıma borcluyam. Bu, mənim ən böyük uğurumdur. Sağlamlığı və sevgini pulla almaq olmaz. Qalan bir çox şeyi isə pulla əldə etmək mümkündür" cavabını verib.

O, qadınlara da məsləhət verib:

"Hər qadın öz dəyərini bilməlidir. Kişinin arxasınca qaçmamalıdır. Kişilərin arxasınca qəti qaçmayın. Əvvəlcə özünüzü sevin, o zaman sizi də sevəcəklər. Əgər kişi sizi həqiqətən bəyənirsə, özü sizin arxanızca gələcək".

Şəxsi həyatı ilə bağlı da danışan Diana Əhədpur ən cəsarətli qərarının özündən yaşca böyük kişi ilə ailə qurmaq olduğunu bildirib:

"Həyatımın ən dəli qərarı məndən yaşca böyük bir insana ərə getmək idi. Hər qadın bunu bacarmaz".