35 yaşında dünyasını dəyişən türkiyəli aktrisa Ece İrtem son mənzilə yola salınıb.
Axşam.az xəbər verir ki, onunla vida mərasimində ailə üzvləri, sənət dostları yer alıb.
Qeyd edək ki, Ece qəfil ürəktutmasından dünyasını dəyişib. Aktrisa son olaraq "Kızılcık şerbeti" serialında rol alıb. Ece "Sandık kokusu", "Yeni gelin" kimi bir çox seriallarda çəkilib.