Aktrisa Zümrüd Qasımova bir müddət əvvəl rəsmi şəkildə boşandığı, lakin münasibətlərini davam etdirdiyi həyat yoldaşı Nazim Zeynalovla bağlı paylaşımı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, sənətçi instaqram hesabında həyat yoldaşı ilə fotolarınl paylaşaraq “Hər zaman sən. 18 il çox tez keçdi…” sözlərini yazıb.
Qeyd edək ki, Z.Qasımova daha əvvəl bəzi sənəd işlərinə görə həyat yoldaşı ilə rəsmi boşandıqlarını açıqlamışdı. Aktrisa sonradan yenidən toy edərək nikahlarını təzələməyi planlaşdırdıqlarını bildirmişdi.