İndiyədək tapılmış ən böyük və ən tam tiranozavr reks skeleti Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında rekord qiymətə, 50,1 milyon dollara satılıb.
Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Bildirilib ki, yekun satış qiyməti əvvəlcədən proqnozlaşdırılan məbləği iki dəfədən çox üstələyib. Bununla da "Qas" adlı tironazvr hərracda satılan dünyanın ən bahalı dinozavr skeleti olub.
Qeyd edək ki, qalıqlar ABŞ-ın Cənubi Dakota ştatının Hardinq dairəsində mərhum Qeri Qas Likinqə məxsus ranço ərazisində tapılıb. “Qas” ümumilikdə 183 fosil sümük elementindən ibarətdir. Onların arasında yaxşı qorunmuş kəllə sümüyü, iki ayaq və nadir çiyin sümüyü dəsti də var. Skeletin təxminən 63 faizinin qorunduğu bildirilir. Bəzi sümüklərdə sağalmış sınıq və dişləmə izləri görünür.
Yığılmış vəziyyətdə skeletin uzunluğu təxminən 11,5 metr, hündürlüyü isə 3,8 metrdir.