Gündəlik həyatın gərginliyi ilə mübarizə aparmaq üçün düzgün qidalanma da mühüm rol oynayır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, orqanizmin kifayət qədər vitamin və mineral alması stressin təsirlərini azaltmağa kömək edə bilər.
Nutrisioloqların sözlərinə görə, xüsusilə yağlı balıqlar, maqneziumla zəngin qidalar, fermentləşdirilmiş məhsullar, mürəkkəb karbohidratlar, tünd şokolad və isti içkilər stress zamanı faydalı ola bilər.
Mütəxəssislər həmçinin qida rejiminə diqqət etməyi, yemək vaxtlarını ötürməməyi, sağlam qəlyanaltılar seçməyi, hər qidalanmada zülal və lif mənbələrinə yer verməyin vacib olduğunu bildirirlər.
Bundan əlavə, ultra emal olunmuş məhsulların miqdarını azaltmaq, kifayət qədər su içmək və tələsik, fərqinə varmadan qidalanmaq vərdişindən uzaq durmaq məsləhət görülür.
Mütəxəssislər qeyd edirlər ki, balanslı qidalanma yalnız fiziki sağlamlığa deyil, emosional vəziyyətə də müsbət təsir göstərə bilər.