Məşhur serialın türk variantı çəkilir

Məşhur serialın türk variantı çəkilir
2823 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Farah Zeynəb Abdullah "Kurt Seyit və Şura" serialından sonra yeni təklif alıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə,  məşhur "Shameless" serialının türk variantını çəkən rejissor Merve Girgin "Fiona" obrazı üçün aktrisayla danışıqlar aparıldığını deyib.

"Utanmazlar" adlanan serialda əsas obraz olan "Frank" rolunu isə Haluk Bilginer canlandıracaq. Ekran işinin ssenarisini "Ümidsiz ev qadınları"nın türk versiyasını yazan Hatice Məryəm qələmə alacaq.

Serialda digər obrazlarda gəlincə "Stiv" üçün aktyor Ali Aksöz, "Şeyla"nı isə aktrisa Evrim Alasyanın oynayacağı bildirilib.

Qeyd edək ki, Türkiyə rejissorları bundan əvvəl "Desperate housewives" ("Umutsuz ev kadınları"), "Monk" ("Galip Devriş"), "Revenge" ("İntikam") kimi dünyaca məşhur serialların türk versiyasını çəkiblər.