"İstəyərdim Aygün Kazımova ilə Röya yenə barışsın" - Lalə Məmmədova

"İstəyərdim Aygün Kazımova ilə Röya yenə barışsın" -  Lalə Məmmədova
1746 dəfə oxunub
  • A-
  • A
  • A+
“Aygün Kazımova ilə aramızda böyük qalmaqal olmayıb. “Maşın” şouda bir balaca sözlərimiz üst-üstə düşməmişdi. Oyundur, dedilər, kiminsə fotosun atın. Mən də Aygün xanımın şəklini atdım”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Lalə Məmmədova “Qonaq gəl bizə” verilişində deyib. Müğənni xalq artisti Aygün Kazımovayla barışmalarından bəhs edib:

“Tədbirlərin birində gözləmədiyim anda Aygün xanım mikrafonu götürdü və “Ay Lalə, sən niyə məni çıxartmaq istəyirdin?” dedi. Mən Aygün Kazımovanı pop-diva kimi qəbul edirəm. O, 1988-ci ildən şou-biznesdə elə bir xətt qoyub ki, hamı ondan bəhrələnir. Mən bir çox sənət adamını görmüşəm, hamıdan da nəsə götürürəm. Nə etsə də ona yaraşır. Onu plastilinə bənzədirəm. Həmişə başqa xarakterlər yaradır, onun əməyi danılmazdır. "Sənətkar" adını qazanmış xanımdır. Xətrimə dəysə də, ondan incimərəm”.

L.Məmmədova “Bəs, Röya Ayxanla münasibətiniz necədir” sualına belə cavab verib:

“Röyayala da gözəl münasibətim var. Bunun Aygün xanıma aidiyyatı yoxdur. Röya da zəhmetkeş qızdır, bunu unutmaq olmaz. Röyanın körpə övladı var. Gedir Türkiyəyə aylarla, illərlə qalır. Bunu da tamaşaçı üçün edir, bunu dəyərləndirmək lazımdır. Çox istəyərdim Aygün xanımla Röyanı yenə barışan görüm. Röya özünəməxsus yol tapıb. Hərdən ona deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar”.