Əkizlər küsülü olduqları Elçinlə barışdılar

Əkizlər küsülü olduqları Elçinlə barışdılar
4931 dəfə oxunub
  • A-
  • A
  • A+

Əkiz bacılar Sevil və Sevinc Səfərovalar müğənni Elçin Cəfərovla barışıb. 

Axşam.az-ın məlumatına görə, bacılar ifaçını aparıcılıq etdikləri "Hər şey daxil" verilişinə qonaq ediblər.

Qeyd edək ki, Sevil və Sevinc E.Cəfərovdan incimələrinin səbəbinin toy olduğunu demişdi:

“Toyda iştirak etmədik, səbəblər var idi. Biz tez küsən qızlarıq. Ona görə də xətrimizə heç kim dəyməsin. Bu veriliş bizim evimiz, ailəmiz kimidir. Hər zaman da bu verilişə haqsızlıq olunanda, bizə edilmiş kimi qəbul edirik. Ona görə də Elçindən incimişik".