Almaz Ələsgərli yeni ev alıb

Almaz Ələsgərli yeni ev alıb
2446 dəfə oxunub
  • A-
  • A
  • A+
"Qızlarım istedadlıdır. Əminənin gözəl səsi var. Amma dedilər ki, ana, sən oxuyursan, bəsdir. Yaxşı etdilər, üəryimdən oldu. Çox əziyyətli sənətdir. Allah üzümə baxıb ki, qızımın biri xaricdədir. O biri də onun arxasınca gedəcək. Sonra mən də köçəcəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Almaz Ələsgərli "5/5" verilişində deyib. Müğənni qızları Əminə və Mədinədən danışıb.

Sənətçi yeni ev almasından da bəhs edib:

"Yenilik lazımdır, yeni evə köçmüşəm. Dostun köhnəsi, evin təzəsi".

Aparıcı Zaur Kamalın "Maşını da satdınız" sözlərinə Ələsgərli "İnsan var bahalı maşın sürür, cibində bir manatı yoxdur. Eləsi də var ki, normal maşın sürür, pulu da var. Mənim maşınım da elə-belə deyil" cavabını verib.