Koronavirusa yoluxanların sayı çoxaldı

Koronavirusa yoluxanların sayı çoxaldı
2009 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Axşam.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509 nəfər vəfat edib, aktiv xəstə sayı 1 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 361, ötən müddət ərzində isə ümumilikdə 843 269 test aparılıb.