Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı

Süni tənəffüs cihazındakı xəstələrin sayı azaldı
758 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 764 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 195 nəfər reanimasiyada, 27 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 34 474 nəfər virusa yoluxub, 32 201 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6 361 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 843 269 test aparılıb.

Qeyd edək ki, bu gün 131 koronavirusa yoluxma faktı qeydə alınıb, 159 nəfər sağalıb, 1 xəstə vəfat edib.