"Valideynlərimə nələr çəkdirdiyimi başa düşdüm"

"Valideynlərimə nələr çəkdirdiyimi başa düşdüm"
6213 dəfə oxunub
  • A-
  • A
  • A+
"Zeydə baxanda deyirəm Natavana oxşayır. Natavan və başqaları da deyir, oğlun sənə oxşayır".

Axşam.az xəbər verir ki, bu sözləri reper Dado "Üçümüz" proqramında deyib. Müğənni Natavan Həbibi ilə ailəli olan ifaçı oğlundan danışıb. O bildirib ki, ata olduqdan sonra valideynlərinin qədrini daha çox bilməyə başlayıb:

"Atalıq məndə çox şeyi dəyişdi. Təmkinli, səbrli oldum. Valideynlərimə nələr çəkdirdiyimi başa düşdüm".

Natavanla tanışlıqları haqda suala isə Dado "Üç il sevgili olduq. Sonra evləndik. Ondan əvvəl də münasibətimiz var idi, amma dost idik" cavabını verib.