Reanimasiyada olan xəstələrin sayı azaldı

Reanimasiyada olan xəstələrin sayı azaldı
731 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 19-na olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 747 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 178 nəfər reanimasiyada, 28 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 34 620 nəfər virusa yoluxub, 32 363 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 6 359 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 849 628 test aparılıb.

Qeyd edək ki, bu gün 146 koronavirusa yoluxma faktı qeydə alınıb, 162 nəfər sağalıb, 1 xəstə vəfat edib.