Qızına toy edən vəzifəli şəxs "Bakcell"də işləyir - Video

Qızına toy edən vəzifəli şəxs "Bakcell"də işləyir -  Video
3129 dəfə oxunub
  • A-
  • A
  • A+

Daxili İşlər Nazirliyi Bakıda daha bir vəzifəli şəxsin toy məclisin görə bir neçə şəxsi cərimə edib. Onun mobil rabitə şirkətlərindən birinin vəzifəli şəxsi olduğu qeyd olunub.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, toyun yiyəsi "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub.

O, qızı Növrəstə Muradlıya toy edib. Toy məclisini təşkil edən V. Abdullayeva İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 4000 manat, restoranın mühasibatçısı 400 manat cərimə olunub. 2 nəfər inzibatçı barəsində tərtib edilən protokollar rayon məhkəməsinə göndərilməklə barələrində məhkəmənin qərarı ilə 10 gün inzibati həbs tənbeh növü tətbiq olunub. Eləcə də restoran işçilərindən 6 nəfər müvafiq maddələrlə inzibati xəta haqqında protokollar tərtib olunaraq, hər biri 100 manat cərimə olunub. Toy məclisinin sifarişçilərindən 2 nəfər qanunverciliyə uyğun olaraq 400 manat məbləğdə, iştirak edənlərdən isə 9 nəfər 200 manat məbləğində cərimə olunublar.

Qeyd edək ki, avqustun 31-dək ölkədə xüsusi karantin rejimi hökm sürür və kütləvi tədbirlərin, toy-nişan mərasimlərinin keçirilməsi qadağandır.