İbtidai siniflər dərsə bu cür gedəcək

İbtidai siniflər dərsə bu cür gedəcək
3450 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 15-dən ibtidai siniflərin həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur.

Axşam.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Nazir bildirib ki, sentyabrın 15-dən ibtidai siniflər üçün dərs başlayır. O əlavə edib ki, ibtidai sinif şagirdləri həftədə 2-3 dəfə məktəbə gəlməsi ilə dərslərin təşkili nəzərdə tutulur:

"Əgər virusun yayılması stabil olarsa, həftədə 3 dəfə, çoxalarsa, həftədə 2 dəfə şagirdlərin dərsə gəlməsi planlaşdırılır".

Nazir əlavə edib ki, məktəbəhazırlıq qruplarında tədrisin oktyabrın 1-dən həftədə 2 dəfə dərsə gəlməsi planlaşdırılır:

"Bu proses noyabrın 2-dək davam edəcək. O tarixdən sonrası virusun yayılmasından asılı olacaq".