I kurslar oktyabrda dərsə başlayacaq

I kurslar oktyabrda dərsə başlayacaq
1218 dəfə oxunub
  • A-
  • A
  • A+

"Birinci kursa gedəcək tələbələr üçün dərslər oktyabrın 1-dən başlayacaq".

Axşam.az xəbər verir ki, bunu nazirin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, pandemiyaya görə qəbul prosesində ləngimə olub:

"Birinci kursların universitetə qeydiyyatının ləngiməsi də gözləniləndir. Buna görə də birinci kurslar oktyabrın 1-dən təhsilə başlayacaq. Ödənişli təhsil alanlara güzəşt edilməsinə gəldikdə isə 15 mindən çoxu aztəminatlı ailəyə aid olduğu üçün dövlət tərəfindən təhsil haqları ödənilir. Güzəşt edilməsi ehtiyac meyarına görə olmalıdır, hamıya şamil olunmalı deyil. Məcburi köçkünlərin də ödənişinin dövlət tərəfindən ödənildiyini nəzərə alsaq, bu say 32 mindən çox olur".