Seroloji testinin cavabı müsbət çıxan şəxs müalicə almalıdır? - Video

Seroloji testinin cavabı müsbət çıxan şəxs müalicə almalıdır? -  Video
875 dəfə oxunub
  • A-
  • A
  • A+

"Seroloji tədqiqatda fəal iştirak edən və testlərin cavabı müsbət çıxan vətəndaşların gedib müayinə və müalicə almasına ehtiyac yoxdur. Çünki bu testlər aktiv infeksiyanı deyil, gizli keçirilən xəstəlikdən xəbər verir".

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva deyib.

O bildirib ki, artıq ikinci həftədir ölkədə keçirilən seroloji testlərin ilkin nəticələri ürəkaçandır. İlk növbədə ona görə ki, könüllü olaraq analiz verməyə razılaşanlar üstünlük təşkil edir. Amma ehtiyat edənlər də var:

"Lakin vətəndaşlara bir daha səslənirik ki, analizinin cavabı pozitiv çıxan şəxslər heç bir müalicəyə cəlb olunmur, bu sırf informasiya məqsədi daşıyan elmi tədqiqatdır".

Burada da könüllülük prinsipi əsas götürülür.

Çağrı mərkəzi tərəfindən edilən təsadüfi zənglərə müsbət cavab verən könüllü şəxslər arasında aparılan analizlər venadan 3-5 milliqram qan almaqla həyata keçirilir. Zənglərdən dərhal sonra testdən keçməyə razı olan şəxsin ev və ya iş ünvanına tibbi briqada göndərilir. Yəni proses paralel aparılır.

TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev vətəndaşların bu elmi tədqiqatda iştirakını vacib hesab edir. Çünki proses ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edir.

Ötən həftədən paytaxt Bakıda start götürən seroloji tədqiqat təxminən 1 aya yekunlaşacaq. 18-65 yaş qrupu arasında aparılan testlər Sumqayıt və Gəncə şəhərlərində də həyata keçiriləcək.

Mövzu ilə bağlı reportajı təqdim edirik: