"Sevda mənim yanımda məşhurlaşdı"

"Sevda mənim yanımda məşhurlaşdı"
1754 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sevda məndən hər zaman narazıdır. Gözəl ana, övlad, nənə və müğənnidir. Onun bir əli elə anasının üstündədir. İnsanda bir istedad, bir də bəxt olmalıdır. İstedadım aşıb-daşmır, amma bəxtim gətirib".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Hər səhər" proqramında deyib. Müğənni duet ortağı Sevda Əliqızından danışıb. Səməd bildirib ki, hazırda münasibətləri yaxşı deyil:

"Allah etsin Sevdaya da fəxri ad verilsin. Məndən əvvəl Ağadadaş Ağayevlə oxuyub. Amma mənim yanımda məşhur oldu. Mənə qarşı soyuqdur. Bir dəfə ona sual verdilər ki, Səmədlə yenidən duet oxuyun. Qayıtdı ki, "nə badə". Niyə?".