"Atam azərbaycanlıdır, 7 yaşım olanda anamla ayrılıblar" - Video

"Atam azərbaycanlıdır, 7 yaşım olanda anamla ayrılıblar" - Video
15910 dəfə oxunub
  • A-
  • A
  • A+

"Kızılcık Şerbeti" serialının "Fatih"i, aktyor Doğukan Güngör "Ali ile aramızda" proqramında qonaq olub.

Axşam.az xəbər verir ki, aktyor proqramda atasının azərbaycanlı olduğunu bildirib.

"Atam azərbaycanlıdır. Parlamentdə müşavir vəzifəsində çalışıb. Sonra Almaniyada yaşadı. Mən 7 yaşında olanda anamla atam ayrıldı. Mən anamla İzmirə getdim. İlin 3-4 ayını Almaniyada atamla keçirirdim. Məktəb bitən kimi təyyarəyə minib yanına gedərdim. Babam intellektual adam idi. Biz ığdırlıyıq. Daş üstündə daş yoxkən atam Hacettepe universitetini qazanıb. Kənddə bir qırmızı traktor var idi, o da bababın. O dövr mənə çox maraqlıdırır. Həqiqətən çox çətin şəraitdən keçiblər. Anamgil də həmiçinin. Yaxşı ki, zamanında bir olublar. Anam Saloniki köçmənidir, Atatürkçüdürlər. Ata tərəfim daha mühafizəkardır. Rol aldığım serialda itin hekayəsi (serialda namaz qılınan evdə it saxlamaq olmazla bağlı epizod nəzərdə tutulur - red.) var. Eşidəndə mənə qəribə gəlmişdi. Amma o gərçəkdir. Ata tərəfim şiyədir. O məzhəbdə belədir. Kənddə olanda iti sığallayacaqdım. Bütün ailə "murdardır" deyə, ayağa durdu. Namazın, dəstəmazın qəbul olmaz dedilər. Qollarımda döymə var, amma o istidə uzunqolda gəzirdim. Təbii ki, bu, məcburi deyildi, hörmət üçün belə edirdim" deyə, Doğukan vurğulayıb.