Dünən Xırdanlanda baş verən partlayışda dağıntılar altında qalan 2012-ci il təvəllüdlü Fatimə Musayevanın cansız bədəni çıxarılıb.

Axşam.az xəbər verir ki, azyaşlının meyiti aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, dünən Xırdalanda fərdi yaşayış evində baş verən partlayışda azyaşlı Fatimənin anası, 1988-ci il təvəllüdlü Aytən Musayeva da vəfat edib.

Onun digər ailə üzvləri - atası Vüsal Musayev və 12 yaşlı qardaşı Firudin sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, dağıntılar altından altı nəfər çıxarılmışdı.



                 

Xəbər lenti