Türkiyədə yoluxanların son statistikası

Türkiyədə yoluxanların son statistikası
471 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 341 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 40 444 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 45 198 nəfər sağalıb, ağır xəstə sayı isə 3 558 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 4 751 026 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 4 212 461 nəfər sağalıb, 39 398 nəfər isə ölüb.