Taleh Yüzbəyovun adı 50 minlik saxta yarışda hallanır

Taleh Yüzbəyovun adı 50 minlik saxta yarışda hallanır
1239 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor Taleh Yüzbəyov dələduzların qurbanı olub.

Axşam.az xəbər verir ki, o, İnstaqram hesabında bunla bağlı paylaşım edib. Aktyor bildirib ki, onun adından istifadə edərək saxta yarış keçirilir:

“Sosial şəbəkələrdə kimsə adımdan səhifə açıb, yarışlar keçirir. 50 min manat da pul mükafatı verir. Sizdən xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin insanı şəxsən tanıyan varsa, ona xəbərdarlıq edin ki,  belə şey olmaz. Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil. Söyüş sahibi olmasın”.