Restoranda toyda iştirak edən 65 nəfər cərimələnib - Video

Restoranda toyda iştirak edən 65 nəfər cərimələnib - Video
584 dəfə oxunub
  • A-
  • A
  • A+

Abşeron rayonunda toy məclisi təşkil edən restoran sahibi və daha 65 nəfər cərimələnib.

DİN Mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, aprelin 28-də Masazır qəsəbəsində yerləşən “Kənd ocağı” restoranında xüsusi karantin rejimi qaydalarının pozularaq 65 nəfərin iştirakı ilə toy mərasimi keçirilib.

Həmin məclisin təşkilatçısı olan restoranın icarədarı Mənsur Xəlilov və toyda iştirak edən şəxslərlə profilaktik söhbət aparılıb. Xüsusi karantin qaydalarını pozan resoranın icarədarı 5 min manat məbləğində cərimə edilib.

Eləcə də, toyda iştirak edən 65 nəfər  barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların da hər biri 200 manat məbləğində cərimələniblər.