"Evinin qabağında initihar edəcəm"

"Evinin qabağında initihar edəcəm"
1933 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor və rejissor Yılmaz Erdoğan prokurorluğa şikayət edib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Nurəddin adlı şəxs Yılmazın atası Nizam Erdoğanın ona 100 min lirə (20 min 730 manat) borcu olduğunu bildirib.

Daha sonra o, aktyora "Nə qədər pulun var. Atanın borcunu niyə ödəmirsən? Əgər pulumu qaytarmasan, evinin qabağında initihar edəcəm" kimi sözlər yazaraq şantaj edib.

Baş verənlərdən sonra həmin şəxs haqqında araşdırma aparılıb. Yılmaz atasının həqiqətən də Nurəddinə borcu olduğunu öyrəndikdən sonra şikayətini geri çəkib.