Elton pandemiyada toya getdiyini etiraf etdi

Elton pandemiyada toya getdiyini etiraf etdi
1779 dəfə oxunub
  • A-
  • A
  • A+
"Ruzini Allah verir, dolanışıq sarıdan pis deyilik. Düzdür, o vaxtkı kimi deyilik. Amma elə də çətinlik yoxdur. Arada işlər olur gedirik. Evdə keçirilən məclislərə qatılırıq. Orada böyük ansambl yoxdur. 15 nəfərlik ansambldan düşdük 3 nəfərə".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elton Hüseynəliyev "Səhər mərkəzi" proqramında deyib. Sənətçi pandemiyada evlərdə keçirilən məclislərə qatıldığı etiraf edib.

Elton biznes qurub-qurmaması ilə bağlı suallara isə belə cavab verib:

"Biznesi bilmədən qurmaq olmur. Ən gözəl biznes sevdiyin işlə məşğul olmaqdır. Musiqinin haqqını verən insan musiqi ilə məşğul olmalıdır".