"Bilirəm bu videodan sonra yenə məni təhqir edəcəksiniz"

"Bilirəm bu videodan sonra yenə məni təhqir edəcəksiniz"
1899 dəfə oxunub
  • A-
  • A
  • A+
"Aslan Hüseynovun ölümü bilirsiz nə deməkdir? Ölüm gözlə qaş arasındadır. Mehriban olaq, bir-birimizi istəyək, az qarğışlayaq. Bir-birimizi itirəndən sonra deməyək, yaxşı oğlan idi. Ona sağlığında qiymət verək".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə yayımladığı videoda deyib. Ötən gün dünyasını dəyişən müğənni Aslan Hüseynovdan bəhs edən ifaçı sənət dostlarına səslənib:

"Rəhmətə gedən insan sağ olanda yaxşı idi. Niyə rəhmətə gedəndən sonra yaxşı deyirlər? Sağ olanda qədrini bilərdiz. Didməyək, parçalamayaq bir-birimiz. Görürsünüz, sonradan təəssüflənməyək. Aslan, sənə Allah rəhmət eləsin. Bir həftənin içində ananı itirdin. Cənnətdə ananla görüş. Allah sizi cənnətlik etsin. Gedən yolun mübarək, haqq dünyasına qovuşdun.

Yenə bu videodan sonra paylaşıb, məni tənqid və təhqir edəcəksiniz. Etməyin... Sabah öləndən sonra deyəcəksiniz ki, yaxşı oğlan idi. İndidənd eyin ki, yaxşı oğlandır. Bir ilin içində çox çətinliklər gördük. Alovlu, gizli müharibə yaşadıq".