Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur

Marketdə məhsulları əzən Rüstəm Orucov general oğludur
3346 dəfə oxunub
  • A-
  • A
  • A+

Marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkən Rüstəm Orucovun tanınmış generalın oğlu olduğu məlum olub.

Axşam.az Musavat.com-a istinadən xəbər verir ki, Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini olmuş general-mayor Novruzəli Orucovun oğludur.

Rüstəm Orucov 2017-ci ildə dostları ilə birlikdə Bakıda ona yol verməyən avtobus sürücüsünü döymüşdü. Bu hadisədən sonra Novruzəli Orucov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Məhkəmənin hökmü ilə Rüstəm Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.