Nadir Rüstəmli finalda ikinci hissədə çıxış edəcək - Fotolar+Video

Nadir Rüstəmli finalda ikinci hissədə çıxış edəcək - Fotolar+Video
1753 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz ki, İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Axşam.az-ın məlumatına görə, 4-cü nömrə altında səhnəyə çıxan və “Fade to black” mahnısını səsləndirən təmsilçimiz Nadir Rüstəmli finala vəsiqə qazanıb.

Müsabiqənin ikinci qrupundan finala vəsiqə qazanan 10 ölkənin təmsilçiləri mətbuat konfransı keçirib və öz təəssüratlarını bölüşüblər.

Nadir Rüstəmli ifa etdiyi “Fade to black” mahnısı haqda bunları deyib:

"Düşünürəm ki, mahnını yazanlar onu mənə həsr ediblər. Çünki bəstə tamamiylə mənim haqqımda idi. Ona görə də dua edirdim ki, bu mahnı seçilsin. Çox xoşbəxtəm ki, onu ifa etdim. Ümid edirəm ki, finalda daha yaxşı olacaq".

Mətbuat konfransında keçirilən püşkatmada Nadir Rüstəmlinin finalda ikinci hissədə səhnəyə çıxacağı bəlli olub.

Qeyd edək ki, müsabiqənin final mərhələsi mayın 14-də baş tutacaq.

Konfransdan görüntüləri təqdim edirik: