Bella Hadid “İlin modeli” seçildi - Siyahı

Bella Hadid “İlin modeli” seçildi - Siyahı
1905 dəfə oxunub
  • A-
  • A
  • A+

Ənənəvi olaraq models.com portalı ilin yekunu olaraq ən yaxşı modellərinin adlarını açıqlayıb.

Axşam.az xəbər verir ki, hər kateqoriya üzrə iki nəfər qalib olub. Onlardan biri münsif, digəri isə ictimai səsvermə əsasında müəyyən edilib. “İlin modeli” nominasiyasında qalib dünyaca məşhur filistinli model Bella Hadid olub. O, yekdil səsvermə ilə birinci seçilib. Model ictimaiyyətin verdiyi səsvermədə bu ada layiq görülüb.

Münsiflər ikinci yerə italyan top-model Viktoriya Ceretti layiq görsələr də, izləyicilər cənubi sudan-avstraliyalı model Adut Akeçə səs veriblər.

İlin kişi modeli nominasiyasında isə hər iki tərəf bu ada Elton Meysonu layiq görüb. İkinci yer uğrunda yenidən fikir ayrılığı yaşanıb və münsiflər Malik Bodiananın, nəşrin oxucuları isə koreyalı Taymin Parkanın xeyrinə səs veriblər.

“İlin sıçrayışı” kateqoriyasında mütəxəssislər birinci yerə holland model Mila van Eeteni, oxucular isə gürcü model Matilda Qvarliani layiq görüblər. İkinci yerə isə hər iki səsvermədə Amerika Qonzales layiq görülüb.

Kişilər arasında isə qaliblər Meyti Drazek və Mat'yo Simonodur. Münsiflər ikinci yeri yenidən Amerika Qonzalesə veriblər, oxucular isə Fernando Kasablankasası seçiblər.

Qonzalesin adının həm qadın, həm də kişi modellər arasında yer alması da diqqət çəkib. Belə ki, onun adı saytda qeyri-binar modellər siyahısına daxil edilib.

Qeyd edək ki, bu il münsiflər heyətində 400 peşəkar, o cümlədən fotoqraflar, redaktorlar, stilistlər, vizajistlər, kastinq rejissorları, ictimai səsvermədə isə 21 min oxucu iştirak edib.