Beş gündə 5 kiloqram arıqladan pəhriz proqramı

Beş gündə 5 kiloqram arıqladan pəhriz proqramı
3159 dəfə oxunub
  • A-
  • A
  • A+

Artıq çəkidən əziyyət çəkən şəxslərin ortaq istəklərindən biri də qısa zamanda mümkün qədər çox çəki atmaqdır. Lakin arıqlayarkən sağlam qidalanmağa diqqət etmək lazımdır.

Axşam.az xarici mediaya istinadən 5 gün ərzində 5 kiloqram arıqlamağa imkan verən pəhriz proqramını təqdim edir: 

1. gün

Səhər yeməyi: Tam buğdadan hazırlanan çörək dilimi, 1 qaynadılmış yumurta, təxminən 8 saplaq cəfəri, pendir, xiyar və zeytun
Qəlyanaltı: 1 kasa qatıq, 3 qoz ləpəsi, darçın və kətan toxumu, yaşıl alma
Nahar: Salat və şorba
Qəlyanaltı: İlıq süd – istəyə görə zəncəfil və ya darçın əlavə edilə bilər
Şam yeməyi: Balıq, yaşıl lobya, salat 
Gecə: 4 ərik

2. gün

Səhər yeməyi: Yağsız tost
Qəlyanaltı: 2 xiyar
Nahar: Şorba
Qəlyanaltı: Yulaflı qatıq
Şam yeməyi: Makaron, ispanaq

3. gün

Səhər yeməyi: Yulaf əzməsi, süd
Qəlyanaltı: 1 dilim ananas
Nahar: Şorba, 3 yumurta ağı ilə yaşıl bibərli omlet
Qəlyanaltı: 1 stəkan yağsız ayran
Şam yeməyi: Yaşıl mərcimək şorbası, 1 dilim tost

4. gün

Səhər yeməyi: 1 qreypfrut, qoz, banan
Nahar: qaynadılmış toyuq əti, salat
Qəlyanaltı: 1 stəkan yağsız ayran
Şam yeməyi: Brokoli, bulqur plovu

5. gün

5-ci gündə detoks içkilər içməlisiniz. 4 saatdan bir olduqca kiçik kasada kələm şorbası içə bilərsiniz.